Kristian Eriksen bu mövsüm İngiltərə Premyer Liqasında 27 oyunda iştirak edib. Kristian Eriksen bu mövsüm İngiltərə Premyer Liqasında 27 oyunda iştirak edib.
  • Fanat
  • 18 Mart 2019 20:36
  •  1 174

London klubu futbolçusunu 233 milyon avroya satmaq istəyir

Kristian Eriksen bu mövsüm İngiltərə Premyer Liqasında 27 oyunda iştirak edib.

İngiltərənin "Tottenhem" klubu futbolçusu Kristian Erikseni yay transfer pəncərəsində satmaq istəyir.

London təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin transferindən ən azı 233 milyon avro qazanmaq niyyətindədir. Danimarkalı oyunçunu İspaniya "Real Madrid"i heyətinə qatmağı planlaşdırır. Amma "Barselona" da Eriksen ilə yaxından maraqlanır.

Daha öncə yarımmüdafiəçi müqaviləni uzatmaq üçün "Tottenhem"dən gələn üç təklifi rədd edib.

Qeyd edək ki, Kristian Eriksen bu mövsüm İngiltərə Premyer Liqasında 27 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 5 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Danimarkalı oyunçu 2013-cü ildə 13.5 milyon avro qarşılığında Hollandiya "Ayaks"ından İngiltərə klubuna keçib. (report)

AzNews.az