- Fanat
- 28 Mart 2019 22:51
- 2 197
Azərbaycan yığması mərhələ adlamaq şansını itirdi

Yığmamız 1:6 hesabı ilə uduzub.
19 yaşadək futzalçılar arasında ilk Avropa çempionatının əsas seçmə mərhələsində növbəti oyunlar keçirilib.
II seçmə qrupda mübarizə aparan Azərbaycan milli komandası II turun oyununa çıxıb.
Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən oyunda yığmamız 1:6 hesabı ilə uduzub. Bu, komandamızın ikinci böyükhesablı məğlubiyyəti olub. Millimiz bunadək Kiprə 1:7 hesabı ilə yenilmişdi. Komandamızın təsəlli qoluna 23-cü dəqiqədə, hesab 0:3 olarkən Kənan Əsədli imza atıb.
Bu məğlubiyyətdən sonra Ağatahir Əzimovun yetirmələri AVRO-2019-un final mərhələsinə vəsiqə qazanmaq şansını rəsmən itiriblər. Latviyadakı yarışa yalnız qrup qalibləri yüksəldiyindən millimiz birinci yeri tutmağa nəzəri imkanları qalmayıb. Bu üzdən də martın 30-da keçiriləcək sonuncu turun Sloveniya ilə qarşılaşması qrupda qalan yığmamız üçün formal xarakter daşıyacaq.
Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Sloveniya və Kipr qarşılaşacaqlar.
AzNews.az