• Fanat
  • 2 Aprel 2019 11:04
  •  452

Azərbaycan boksçuları Ukraynadan 6 medalla qayıdırlar

Vaqif Kazımovun yetirmələri turniri 6 medalla başa vurublar.

Ukraynanın Xarkov şəhərində Sergey Danilçenkonun şərəfinə yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.

7 ölkənin iştirakı ilə təşkil olunan yarışda Azərbaycan milli komandası da mübarizə aparıb.

Vaqif Kazımovun yetirmələri turniri 6 medalla başa vurublar. Belə ki, 46 kq çəki dərəcəsində gücünü yoxlayan Nicat Hüseynov qızıl medala sahib olub. O, finalda ukraynalı Boqdan Roqoznıya 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib.

N. Hüseynovdan fərqli, Zaur Qəhrəmanov (48 kq) həlledici görüşdə Dmitri Molodana (Ukrayna) 2:3 (28:29, 27:30, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub olaraq, gümüş medalla kifayətlənib.

Digər boksçularımızdan Əli Ələsgərli (52 kq), Turğay Mirzəyev (57 kq), Rəmiş Cəfərov (75 kq) və Cəfər Heydərli (80 kq) yarışı üçüncü pillədə bitiriblər.(ona.az)

AzNews.az