4 turdan sonra Maqnus Karlsen 3 xalla turnir cədvəlinə başçılıq edir. 4 turdan sonra Maqnus Karlsen 3 xalla turnir cədvəlinə başçılıq edir.
  • Fanat
  • 3 Aprel 2019 21:26
  •  1 114

"ShamkirChess 2019": IV turun bütün görüşləri heç-heçə ilə yekunlaşdı

4 turdan sonra Maqnus Karlsen 3 xalla turnir cədvəlinə başçılıq edir.

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində IV turun görüşləri keçirilib.

Azərbaycan şahmatçılarından Teymur Rəcəbov Aniş Giri ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib.

Çexiyalı David Navara ilə qarşılaşan Şəhriyar Məmmədyarov da görüşünü heç-heçə ilə başa vurub. IV turda keçirilən bütün görüşlər bərabərliklə bitib.

"ShamkirChess 2019" IV tur

Veselin Topalov (Bolqarıstan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Dinq Liren (Çin) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Alekandr Qrişuk (Rusiya) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya) - 0,5:0,5

Qeyd edək ki, 4 turdan sonra Maqnus Karlsen 3 xalla turnir cədvəlinə başçılıq edir. 2,5 xalı olan Dinq Liren və Sergey Karyakin 2-3-cü, 2 xalı olan Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov 4-6-cı yerləri bölüşdürürlər. 1,5 xalı olan Aniş Giri, Aleksandr Qrişuk, David Navara və Şəhriyar Məmmədyarov 7-10-cu yerlərdədirlər. (report)

AzNews.az

image description image description