• Fanat
  • 19 Aprel 2019 13:52
  •  600

Tanınmış futbolçu zədələndi

Uelsli futbolçu cari mövsümdə 40 oyunda 4 qol vurub

İngiltərənin “Arsenal” futbol klubunun yarımmüdafiəçisi Aaron Ramsey zədələnib.

29 yaşlı uelsli yarımmüdafiəçi Avropa liqasının dörddəbir final mərhələsində İtaliyanın “Napoli” komandası (1:0) ilə görüşün 34-cü dəqiqəsində ayaq əzələsindən zədə alıb. Ramseyin dizaltı vətəri sıradan çıxıb. Baş məşqçi Unay Emeri Ramsey bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib. O, təcrübəli futbolçunun “Arsenal” forması ilə bir daha meydana çıxa bilməyəcəyinə dair suala isə dəqiq cavab verməyib.

Qeyd edək ki, uelsli futbolçu cari mövsümdə London klubunun heyətində keçirdiyi 40 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə edib.(AZƏRTAC)

AzNews.az