O, sıralama turunda 15-ci olsa da, yarışa son sıradan başlayıb. O, sıralama turunda 15-ci olsa da, yarışa son sıradan başlayıb.
  • Fanat
  • 30 Aprel 2019 18:44
  •  1 266

"Red Bull" pilotunun Bakıda iki cəza almasının səbəbi bəlli oldu

O, sıralama turunda 15-ci olsa da, yarışa son sıradan başlayıb.

Avstriyanın “Red Bull” komandasının pilotu Pyer Qaslinin "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisində ikinci cəzaya məruz qalmasının səbəbi müəyyənləşib.

Bu barədə “Auto Hebdo” portalına komandanın rəhbəri Kristian Horner bildirib.

Onun sözlərinə görə, 23 yaşlı fransalı sürücü birinci sərbəst yürüş zamanı Beynəlxalq Avtomobil Federasiyasının (FIA) çəkiölçmə üçün boksa gəlməsi ilə bağlı çağrışını nəzərdən qaçırıb və yarışa pit-leyndən başlamaq cəzası alıb.

Qeyd edək ki, Pyer Qasli təsnifat mərhələsində yanacaq sərfiyyatı ilə bağlı texniki reqlamenti pozduğu üçün də anoloji cəza alıb. O, sıralama turunda 15-ci olsa da, yarışa son sıradan başlayıb. Qran-pridə isə Qasli bolidinin mühərrikində problem yarandığı üçün mübarizəni erkən dayandırıb. (report)

AzNews.az