- Fanat
- 20 May 2019 19:34
- 2 249
Mourinyonun sabiq köməkçisi Şotlandiya millisinin baş məşqçisi oldu

Yığma Stiv Klarka həvalə olunub.
Futbol üzrə Şotlandiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Yığma Stiv Klarka həvalə olunub. 56 yaşlı mütəxəssisin müqaviləsi 2022-ci il Qətərdə keçiriləcək dünya çempionatına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Stiv Klark vaxtı ilə İngiltərə "Çelsi"sində Joze Mourinyonun köməkçisi olub. (report)
AzNews.az