O, klubunu 1600 manat ziyana salıb O, klubunu 1600 manat ziyana salıb
  • Fanat
  • 21 May 2019 12:59
  •  1 869

AFFA Azərbaycan Kubokunun finalçılarını cəzalandırdı

O, klubunu 1600 manat ziyana salıb

AFFA İntizam Komitəsi "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final matçında baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

“Qəbələ” 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib.

90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın oyunçusu Cavid Tağıyev isə 2 oyunluq cəzaya məruz qalıb. O, klubunu 1600 manat ziyana salıb.

Qeyd edək ki, oyun "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 1:0.(report.az)

AzNews.az