"Növbəti oyunlarda daha yaxşı oynayacağımıza ümid edirik" "Növbəti oyunlarda daha yaxşı oynayacağımıza ümid edirik"
  • Fanat
  • 12 İyun 2019 08:32
  •  2 048

Azarkeşlərdən üzr istəyirik - Nikola Yurçeviç

"Növbəti oyunlarda daha yaxşı oynayacağımıza ümid edirik"

Bu nəticədən sonra nəsə demək çətindir. Amma oyunu qısa da olsa təhlil edəcəyəm. Qarşılaşmaya yaxşı başladıq, kombinasiya qurmağa, topa sahib olmağa çalışdıq. Matçın gedişində Araz Abdullayevin hesabı 2:3 etmək üçün imkanı oldu. Əlbəttə, pis nəticədir. Dördüncü qola qədər müəyyən şanslarımız oldu. Ancaq həmin qoldan sonra nəyisə dəyişmək çox çətin idi.

Bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç “Avro 2020”nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesabı ilə uduzduqları görüşdən sonra təşkil olunmuş mətbuat konfransında səsləndirib.

Xorvatiyalı mütəxəssis deyib: “Böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirik. Növbəti oyunlarda daha yaxşı oynayacağımıza ümid edirik”. (Azərtac)