İtaliyalı qapıçı Canluici Buffon karyerasını Portuqaliyada davam etdirə bilər İtaliyalı qapıçı Canluici Buffon karyerasını Portuqaliyada davam etdirə bilər
  • Fanat
  • 12 İyun 2019 14:15
  •  2 043

Kasilyası Buffon əvəz edir?

İtaliyalı qapıçı Canluici Buffon karyerasını Portuqaliyada davam etdirə bilər

“Gazzetta de la Sport” yazır ki, “Portu” klubu 41 yaşlı qolkiperin xidmətlərindən yararlanmaq istəyir.

C.Buffonu mayın 1-də məşq zamanı infarkt keçirmiş ispan İker Kasilyasın yerinə layiqli namizəd hesab edirlər.

Xatırladaq ki, iyunun 5-də italyan idmançının PSJ-dən ayrıldığı məlum olub.

“Barselona” da C.Buffonu ehtiyat qapıçı kimi heyətinə cəlb etməyə maraq göstərir.(oxu.az)

AzNews.az