"Hələ üzərilərində çox işləməlidirlər" "Hələ üzərilərində çox işləməlidirlər"
  • Fanat
  • 16 İyun 2019 14:00
  •  2 397

Qurban Qurbanov oğlunun oyunundan danışdı

"Hələ üzərilərində çox işləməlidirlər"

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oğlu Musanın oyunu barədə fikirlərini açıqlayıb.

Məşqçi “Report”a müsahibəsində “Səbail” ilə yoxlama matçında M.Qurbanovun sərgilədiyi oyuna toxunub.

“Musa ilə yanaşı, gənc futbolçularımızın əsas heyət oyunçularımızla bir yerdə olmalarını istədik. Əlbəttə ki, hələ üzərilərində çox işləməlidirlər. Onlardan biri də Musadır. Hansı cəhətləri xoşuma gəldi, hansılar yox - təkcə mənim üçün yox, hər bir baş məşqçi üçün bunu demək düzgün olmaz”, - deyə o vurğulayıb.

Qeyd edək ki, həmin oyunda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

AzNews.az