İdmançılar tədbirdə Oyunlardan qızıl medalla qayıdacaqlarına söz veriblər İdmançılar tədbirdə Oyunlardan qızıl medalla qayıdacaqlarına söz veriblər
  • Fanat
  • 18 İyun 2019 09:31
  •  1 947

Azərbaycan idmançıları II Avropa Oyunlarına yola salındı - FOTOLAR

İdmançılar tədbirdə Oyunlardan qızıl medalla qayıdacaqlarına söz veriblər

Azərbaycan idmançıları və nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək II Avropa Oyunlarına yola salınıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan mərasimdə respublikanın idman ictimaiyyətinin nümayəndələri, həmçinin Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin rəhbərliyi iştirak edib.

İdmançılar tədbirdə Oyunlardan qızıl medalla qayıdacaqlarına söz veriblər.

II Avropa Oyunlarının açılış mərasimi iyunun 21-də start götürəcək.

Azərbaycan bu yarışda 80 idmançı ilə təmsil olunacaq.

Oyunlara iyunun 30-da yekun vurulacaq.(report.az)

AzNews.az

image description image description image description image description