• Fanat
  • 5 İyul 2019 15:10
  •  455

“Keşlə” baş məşqçisi ilə bağlı qərarını açıqladı

Tərlan Əhmədovla daha birillik əməkdaşlıq müqaviləsi imzalanıb

“Keşlə” klubu əsas komandanın baş məşqçisi ilə bağlı qərarını açıqlayıb.

Komandanın baş məşqçisi Tərlan Əhmədov və onun rəhbərlik etdiyi məşqçilər heyəti ilə daha birillik əməkdaşlıq müqaviləsi imzalanıb. Yeni mövsümdə T.Əhmədova Zaur İsmayılov, Camaləddin Əliyev, Mehman Babayev və Rəşad Sadiqov kömək edəcəklər.

Bununla yanaşı, Vadar Nuriyev baş məşqçinin əsas köməkçilərindən biri kimi komandada fəaliyyət göstərəcək.(report.az)

AzNews.az