• Fanat
  • 9 İyul 2019 00:10
  •  316

Çempionlar Liqasında I təsnifat mərhələsi start götürür

Oyunlardan səkkizi bu gün, səkkizi isə sabah keçiriləcək

Bu gün futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsinə start veriləcək.

İlk oyunlar çərçivəsində 16 qarşılaşma baş tutacaq.

Oyunlardan səkkizi bu gün, səkkizi isə sabah keçiriləcək. Mərhələ Qazaxıstanda start götürəcək. Yerli “Astana” Rumıniya təmsilçisi “Kluj”la görüşəcək.

Avropanın ən nüfuzlu klub turnirində çıxış edən Azərbaycan təmsilçisi “Qarabağ” ikinci oyun günündə Albaniyada “Partizani”nin qonağı olacaq. İrlandiyada baş tutacaq “Dandalk”la “Riqa”nın (Latviya) qarşılaşmasında isə Azərbaycan çempionunun potensial rəqibləri görüşəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları bir həftədən sonra keçiriləcək. (APA)

Çempionlar Liqası
I təsnifat mərhələsi
9 iyul

17:00. "Astana" (Qazaxıstan) - ÇFR (Kluj, Rumıniya)
18:00. "Ararat" (Ermənistan) - AIK (İsveç)
20:00. HİK (Finlandiya) - "HB Torshavn" (Farer adaları)
20:00. "Nomme Kalyu" (Estoniya) - "Şkendiya" (Makedoniya)
21:45. "Sarayevo" (Bosniya və Herseqovina) - "Seltik" (Şotlandiya)
22:00. TNS (Uels) – “Ferronikel” (Kosovo)
22:00. "Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya)
22:00. "Düdelanj" (Lüksemburq) - "Valletta" (Malta)

10 iyul
19:30. "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan)
21:00. "Şerif" (Moldova) – "Saburtalo" (Gürcüstan)
21:00. BATE (Belarus) - "Pyast" (Polşa)
22:00. "Ferensvaroş" (Macarstan) - "Lüdoqorets" (Bolqarıstan)
22:15. "Slovan" (Slovakiya) - "Sutyeska" (Monteneqro)
22:45. "Linfild" (Şimali İrlandiya) - "Rusenborq" (Norveç)
22:45. "Dandalk" (İrlandiya) - "Riqa" (Latviya)
00:00. "Valyur" (İslandiya) - "Maribor" (Sloveniya)