O, ikinci dəfə Universiadanın qızıl medalına sahib olub O, ikinci dəfə Universiadanın qızıl medalına sahib olub
  • Fanat
  • 11 İyul 2019 00:39
  •  901

Azərbaycan atleti Universiadada qızıl medal qazandı

O, ikinci dəfə Universiadanın qızıl medalına sahib olub

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında Azərbaycan yığması daha bir medal qazanıb.

Atlet Nazim Babayev 3 təkanla tullanma yarışında çempion tituluna yiyələnib.

O, 16,89 m nəticə ilə bütün rəqiblərini qabaqlayaraq, ikinci dəfə Universiadanın qızıl medalına sahib olub.

Bununla da Azərbaycan yığmasının hesabındakı mükafat 4-ə çatıb. N. Babayevdən öncə idman gimnastı Marina Nekrasova qızıl, cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə milli bürünc mükafat qazanıb. (APA)