İsgəndərov 57-ci dəqiqədə penaltidən yararlana bilməyib İsgəndərov 57-ci dəqiqədə penaltidən yararlana bilməyib
  • Fanat
  • 11 İyul 2019 14:29
  •  1 052

“Qəbələ” Ukrayna komandasına uduzdu

İsgəndərov 57-ci dəqiqədə penaltidən yararlana bilməyib

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” komandası növbəti yoxlama oyununu keçirib.

“Qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə ötən mövsüm Avropa Liqasında “Qarabağ”l eyni qrupda yer alan Ukraynanın “Vorskla” kollektivi ilə qarşılaşıb.

“Koru” otelinin meydançasında baş tutan görüşdə hesabı 41-ci dəqiqədə Ülvi İsgəndərov açıb. Lakin rəqib 44-cü, 57-ci və 81-ci dəqiqələrdə fərqlənməklə qələbə qazanıb – 3:1. İsgəndərov 57-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Qeyd edək ki, “Qəbələ” Türkiyədə keçirdiyi ilk yoxlama oyununda Ukraynanın digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib.(report.az)

AzNews.az