"EYOF Bakı-2019" yarışlarında idman gimnastikası üzrə çıxış edən Azərbaycan idmançısı Səməd Məmmədli finala çıxıb "EYOF Bakı-2019" yarışlarında idman gimnastikası üzrə çıxış edən Azərbaycan idmançısı Səməd Məmmədli finala çıxıb
  • Fanat
  • 23 İyul 2019 20:01
  •  2 763

Səməd Məmmədli idman gimnastikasında finala çıxıb

"EYOF Bakı-2019" yarışlarında idman gimnastikası üzrə çıxış edən Azərbaycan idmançısı Səməd Məmmədli finala çıxıb

Gimnastımız sərbəst hərəkətlərdə (13,800 xal), idman atında hərəkətlərdə (13,200 xal) və çoxnövçülükdə (78,500 xal) fərqlənib.

Xatırladaq ki, XV Yay Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-dən 27-dək 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 idmançı iştirak edir. İştirakçıların 52 faizi oğlanlar, 48 faizi qızlardır. Qaliblər 135 dəstdə 930 medal alacaq, onlardan 300-ü qızıl, 300-ü gümüş, 330-u bürüncdür. Azərbaycanı festivalda 122 idmançı təmsil edir. XV Yay Avropa Gənclər Olimpiya Festivalında idmançılar 10 formada - gimnastika, atletika, basketbol, ​​velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışırlar. (Trend)