O, yaxın vaxtlarda UEFA-nın A kateqoriyasını alacağını deyib O, yaxın vaxtlarda UEFA-nın A kateqoriyasını alacağını deyib
  • Fanat
  • 29 İyul 2019 14:15
  •  2 144

Tanınmış futbolçu peşəkar karyerasını başa vurdu

O, yaxın vaxtlarda UEFA-nın A kateqoriyasını alacağını deyib

Fransa milli komandasının sabiq futbolçusu Patris Evra karyerasını başa vurub.

“La Gazzetta dello Sport” xəbər verir ki, 38 yaşlı sol cinah müdafiəçisi bundan sonra məşqçi kimi fəaliyyət göstərmək istədiyini bildirib. O, yaxın vaxtlarda UEFA-nın A kateqoriyasını alacağını deyib.

Qeyd edək ki, Evranın son iş yeri İngiltərənin “Vest Hem” klubu olub. O, karyerası ərzində bu ölkənin “Mançester Yunayted”, Fransanın “Monako”, “Nitsa”, “Marsel”, İtaliyanın “Montsa”, “Marsala” və “Yuventus” klublarının formasını geyinib.(report.az)

AzNews.az