İdmançı zarafata güldü, beyin sarsıntısı keçirdi

O, gülə bilməyəcək bir hala gəldiyini söyləyib

İngiltərənin otüstü hokkey oyunçusu Alex Danson 10 ay əvvəl sevgilisinin etdiyi bir zarafata güldüyü zaman başı divara dəyib.

Bu səbəbdən o, beyin sarsıntısı keçirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin “Daily Mail” qəzetinə danışan qızıl medal sahibi Danson bu qəzadan sonra artıq gülə, yavaş-yavaş danışa bilməyəcək bir hala gəldiyini söyləyib.

Danson keçirdiyi çətin 10 aydan sonra Tokio Olimpiya oyunlarına kimi səhhətinin yaxşılaşacağını düşünür.

Səidə Vahid

AzNews.az