Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib
  • Fanat
  • 25 Avqust 2019 23:13
  •  2 332

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib

Son çempion "Qarabağ"doğma azarkeşlər önündə "Qəbələ"ni qəbul edib.

"Azersun Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61-cı dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə isə Maqaye Qeye fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Abdullah Zubir qonaq komandanı növbəti dəfə məyus edib.

Bu nəticədən sonra "Qarabağ" 6-cı xalını qazanıb. "Qəbələ"nin isə xalı yoxdur.

Qeyd edək ki, turun digər oyunlarında "Keşlə" səfərdə "Sabah"ı (1:0), "Səbail" isə səfərdə "Sumqayıt"ı məğlub edib (3:0). İkinci tura sabah keçiriləcək "Zirə" - "Neftçi" oyunu ilə yekun vurulacaq. (Report)