Alfonsonun Calidovla görüşü sentyabrın 15-də olacaq Alfonsonun Calidovla görüşü sentyabrın 15-də olacaq
  • Fanat
  • 11 Sentyabr 2019 11:28
  •  1 920

Avropa çempionumuzun ilk rəqibi dəqiqləşdi

Alfonsonun Calidovla görüşü sentyabrın 15-də olacaq

Yekaterinburqda keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusunun ilk rəqibi dəqiqləşib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 81 kq çəki dərəcəsində mübarizə aparacaq Dominqes Alfonso 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gələcək.

Avropa çempionumuzun rəqibi 1/32 final döyüşündə müəyyənləşib. Aleksandar Markoviçə (Serbiya) ilk raundda qalib gələn ispaniyalı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

Alfonsonun Calidovla görüşü sentyabrın 15-də olacaq.

AzNews.az