Dembele hakimlər mübahisə etdiyi üçün birbaşa qırmızı vərəqə alıb Dembele hakimlər mübahisə etdiyi üçün birbaşa qırmızı vərəqə alıb
  • Fanat
  • 9 Oktyabr 2019 16:36
  •  1 948

“Barselona” “El-Klasiko”ya itki ilə çıxacaq

Dembele hakimlər mübahisə etdiyi üçün birbaşa qırmızı vərəqə alıb

İspaniyanın “Barselona” klubunun futbolçusu Usman Dembele iki oyunluq diskvalifikasiya olunub.

Buna səbəb hücumçunun La Liqanın son turunun “Sevilya” ilə matçındakı (4:0) hərəkətidir.

U.Dembele hakimlər mübahisə etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi də buna görə də futbolçunu iki oyunluq cəzaya layiq görüb.

Hücumçu IX turun “Eybar”la səfər qarşılaşmasını, həmçinin oktyabrın 26-da “Real”la baş tutacaq evdəki “El-Klasiko”nu buraxacaq. (APA)