“Real”dan azərbaycanlı azarkeşlərlə bağlı paylaşım - VİDEO

Paylaşımda Azərbaycan dilində "Salam dostlar!" yazılıb

İspaniyanın "Real" klubu rəsmi feysbuk səhifəsində azərbaycanlı azarkeşlərlə bağlı paylaşım edib.

Paylaşımda Azərbaycan dilində "Salam dostlar!" yazılıb.

Madrid klubunun azərbaycanlı fanatları Çempionlar Liqası matçı üçün Türkiyənin İstanbul şəhərində olduqlarını bildiriblər.

Qeyd edək ki, "Real" bu gün İstanbulda "Qalatasaray"ın qonağı olacaq.(qafqazinfo.az)

AzNews.az