Tayson göz yaşları içində meydanı tərk edib Tayson göz yaşları içində meydanı tərk edib
  • Fanat
  • 11 Noyabr 2019 19:58
  •  3 980

İrqçiliyə görə əsəbləşdi, ağladı, meydandan qovuldu

Tayson göz yaşları içində meydanı tərk edib

Ukrayna Premyer Liqasının 14-cü turunda keçirilən "Dinamo" - "Şaxtyor" matçında meydan sahibinin azarkeşləri irqçi şüarlar səsləndirib.

Qarşılaşmanın 74-cü dəqiqəsində Donetsk klubunun futbolçusu Tayson hisslərini cilovlaya bilməyib. Braziliyalı yarımmüdafiəçi ona və komanda yoldaşı Dentinyoya qarşı səsləndirilən şüarlara sərt təpki verib. 31 yaşlı futbolçu qaydanı pozduğu epizoddan dərhal sonra fanatlara tərəf orta barmağını qaldırıb və topu onlara tərəf vurub.

O, bu hərəkətinə görə qırmızı vərəqə alıb. Tayson göz yaşları içində meydanı tərk edib.

Qeyd edək ki, oyun "Şaxtyor"un 1:0 hesablı qələbəsiylə başa çatıb.(qafqazinfo.az)

AzNews.az