"Ümumiyyətlə, qadına həmişə hörmətlə yanaşmaq lazımdır" "Ümumiyyətlə, qadına həmişə hörmətlə yanaşmaq lazımdır"
  • Fanat
  • 19 Noyabr 2019 23:41
  •  1 885

Nurməhəmmədovun atası: “Bir arvadım var, ikincisi...”

"Ümumiyyətlə, qadına həmişə hörmətlə yanaşmaq lazımdır"

UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov “Mir” kanalına verdiyi müsahibədə tezliklə çoxarvadlı olacağını bildirib.

“Daha üç yer boşdur: bir arvadım var, ikincisi planlaşdırılır, üçüncüsü isə... Bilmirəm, olacaqmı? Allah kişilərə müraciət edib: iki, üç, dörd nəfərlə evlənin. Sizcə, qadınlar inciyirlər? Əminliklə deyə bilərəm ki, bu, sizin üçün gizlidir və bilmirsiniz.

Ümumiyyətlə, qadına həmişə hörmətlə yanaşmaq lazımdır, çünki kiminsə qızı, bacısı, arvadı, anasıdır”, - deyə böyük Nurməhəmmədov bildirib.

Qeyd edək ki, mövcud Ailə Məcəlləsinə görə, Rusiyada evli şəxslərə daha bir nəfərlə nikaha icazə verilmir.(oxu.az)

AzNews.az