Cütlüyün Alana Martina adlı bir qızı var Cütlüyün Alana Martina adlı bir qızı var
  • Fanat
  • 20 Noyabr 2019 22:26
  •  2 625

Ronaldu evləndi

Cütlüyün Alana Martina adlı bir qızı var

Portuqaliya millisinin və "Yuventus"un ulduz futbolçusu Kriştianu Ronaldu evlənib.

Bu iddia ilə İtaliyanın "Novella 2000" jurnalı çıxış edib.

Bildirilir ki, Ronaldu sevgilisi Corcina Rodrigeslə Mərakeşdə rəsmi nikaha daxil olub.

Nəşr növbəti nömrələrinin birində nikah mərasimindən fotoları təqdim edəcəyini açıqlayıb.

Qeyd edək ki, cütlüyün Alana Martina adlı bir qızı var.(qafqazinfo.az)

AzNews.az