"Spartak"ın bu təklifi rədd edilib "Spartak"ın bu təklifi rədd edilib
  • Fanat
  • 10 Dekabr 2019 22:50
  •  2 929

Rusiya klubu azərbaycanlı futbolçunun keçidindən imtina etdi

"Spartak"ın bu təklifi rədd edilib

Rusiyanın "Spartak" klubu azərbaycanlı futbolçu Ayaz Quliyevi ölkənin başqa komandasına məsləhət görüb.

Mosvka təmsilçisi "Krılya Sovetov"a 23 yaşlı yarımmüdafiəçi ilə qışda müqavilə imzalamağı tövsiyə edib. Lakin "Spartak"ın bu təklifi rədd edilib.

Qeyd edək ki, daha öncə "Spartak"ın Ayaz Quliyevlə yolları ayırmaq istədiyi yazılıb. O, bu ilin yanvarında "Rostov"dan paytaxt klubuna keçib. Yarımmüdafiəçinin Azərbaycanın əsas millisinə cəlb olunması gündəmdədir.

Hazırda Moskvanın digər klubu "Dinamo"da çıxış edən Ramil Şeydayev 2018/2019 mövsümündə "Krılya Sovetov"un formasını geyinib.(repot.az)

AzNews.az