• Fanat
  • 14 Dekabr 2019 02:30

Yunan hakimlər turun matçlarını boykot etməyə qərar veriblər

2020-ci il yanvarın 13-də keçirilməli olan turun mərkəzi oyununda PAOK və AEK üz-üzə gəlməlidir

Futbol üzrə Yunanıstan çempionatının XVIII turu təxirə salına bilər.

Buna səbəb hakimlərin turu boykot etməyə qərar verməsidir.

Super Liqa matçlarını idarə edən ədalət təmsilçiləri qarşıdakı turun görüşlərinə çıxmaqdan imtinanı zəruri sayıblar. Son vaxtlar şiddət dolu təhqir, tənqid və hədə-qorxularla üzləşən referilər qorunmadıqları üçün belə addım atıblar.

Hələlik Yunanıstan Futbol Federasiyası və Super Liqa rəhbərliyi məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, 2020-ci il yanvarın 13-də keçirilməli olan turun mərkəzi oyununda PAOK və AEK üz-üzə gəlməlidir. (Apasport.az)

AzNews.az