O, Ermənistan təmsilçisini 0,48 metr üstələyib O, Ermənistan təmsilçisini 0,48 metr üstələyib
  • Fanat
  • 15 Fevral 2020 20:11
  •  4 190

Nazim Babayev qızıl medal qazandı

O, Ermənistan təmsilçisini 0,48 metr üstələyib

Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində qapalı məkanda keçirilən 25-ci Balkan çempionatında qızıl medal qazanıb.

AzNews.az-ın məlumatına görə, 23 yaşlı idmançı üç təkanla 16,92 metr tullanmağı bacarıb. O, Ermənistan təmsilçisi Levon Ağasyanı 0,48 metr, Gürcüstandan olan Laşa Qulelaurini isə 0,63 metr üstələyib.

Azərbaycanın daha bir medalını Yekaterina Sarıyeva əldə edib. O, qadınların yarışında üç təkanla 13,50 metr tullanmağı bacararaq, bürünc medala sahib olub. Sarıyeva həm də yeni qış Azərbaycan rekordu müəyyənləşdirib.