- Fanat
- 21 Mart 2020 12:05
- 5 756
Dünya çempionatı təxirə salındı

16 - 24 maya planlaşdırılan yarış 13 - 23 avqustda olacaq
Kişi və qadınlardan ibarət komandalar arasında badminton üzrə dünya çempionatı təxirə salınıb.
AzNews.az Beynəlxalq Badminton Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyasının yayılması səbəb olub. 16 - 24 maya planlaşdırılan yarış 13 - 23 avqustda olacaq.
Qeyd edək ki, dünya çempionatı Danimarkanın Orhus şəhərində keçirilməlidir.