La Liqa rəhbərliyi bununla bağlı klubları məlumatlandırıb La Liqa rəhbərliyi bununla bağlı klubları məlumatlandırıb
  • Fanat
  • 11 May 2020 17:52
  •  7 262

La Liqa iyunun 12-dən bərpa oluna bilər

La Liqa rəhbərliyi bununla bağlı klubları məlumatlandırıb

Koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının bərpa tarixi müəyyənləşib.

AzNews.az-ın məlumatına görə, La Liqa rəhbərliyi bununla bağlı klubları məlumatlandırıb.

Ölkə çempionatının iyunun 12-də qaldığı yerdən davam etdirilməsi planlaşdırılır. İspanlar UEFA-nın tələbi ilə avqustun əvvəlinə qədər La Liqanı bitirmək fikrindədirlər. Əgər koronavirusla bağlı vəziyyət imkan verməsə ehtiyat bərpa tarixi 19 iyun göstərilib. Oyunların cümə-şənbə-bazar günləri keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İspaniya çempionatı XXVII turdan sonra dayandırılıb. Hazırda 58 xalla lider olan "Barselona" ən yaxın izləyicisi "Real"ı 2 xal qabaqlayır.