• Fanat
  • 8 İyun 2020 09:15
  •  1 578

Neymar qayıtmaq fikrindədir

"Mundo Deportivo" nəşri yazıb

Fransanın "Pari Sen-Jermen" klubunun braziliyalı futbolçusu Neymar yay transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir.

Bu barədə "Mundo Deportivo" nəşri yazıb.

Məlumata görə, braziliyalı futbolçu "Barselona"ya qayıtmaq istəyir. Neymar bir il əvvəl "Barselona"ya qayıtmağa yaxın idi, amma sonra klublar qiymət barədə razılığa gələ bilmədi.

Nəşr bildirir ki, hazırda isə Paris klubu pandemiya səbəbilə Neymarın transfer qiymətini azaltmaq niyyətindədirlər.

Qeyd edək ki, Neymarın PSJ ilə hazırkə müqaviləsi 2020-ci ilin yay mövsümünədək nəzərdə tutulub.

AzNews.az