Hazırki turnir cədvəlinə görə Hazırki turnir cədvəlinə görə
  • Fanat
  • 18 İyun 2020 13:18
  •  4 356

“Qarabağ” ölkə çempionu oldu

Hazırki turnir cədvəlinə görə

AFFA-nın Azərbaycan Premyer Liqasının dayandırılması qərarından sonra “Qarabağ” futbol klubu növbəti dəfə ölkə çempionu olub.

AzNews.az-ın məlumatına görə, bu barədə bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilən iclasında qərar verilib.

Qərara əsasən, çempionat dayandırılıb, mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.

Hazırki turnir cədvəlinə görə isə “Qarabağ” futbol klubu ölkə çempionu olub.

Klubun rəsmi facebook səhifəsində çempionluqla bağlı paylaşım da edilib.