İngiltərə Futbol Assosiasiyası 26 yaşlı futbolçunu 4 oyunluq diskvalifikasiya edib İngiltərə Futbol Assosiasiyası 26 yaşlı futbolçunu 4 oyunluq diskvalifikasiya edib
  • Fanat
  • 8 İyul 2020 23:32
  •  4 497

“Tottenhem”in futbolçusuna 4 oyunluq cəza

İngiltərə Futbol Assosiasiyası 26 yaşlı futbolçunu 4 oyunluq diskvalifikasiya edib

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Erik Dayer cəzalandırılıb.

AzNews.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası 26 yaşlı futbolçunu 4 oyunluq diskvalifikasiya edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Dayer həmçinin 40 min funt-sterlinq məbləğində də cərimələnib.

Dayerin cəzalanmasına səbəb, İngiltərə kubokunun 5-ci mərhələsində “Norviç”lə matçdan (1:1, penaltilər 3:4) sonra tribunaya qalxaraq, azarkeşlə mübahisə etməsi olub.