28 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb 28 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb
  • Fanat
  • 30 Avqust 2020 15:43
  •  4 752

“Tottenhem”dən 16 milyonluq transfer

28 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçuyla gücləndirib.

AzNews.az xəbər verir ki, London təmsilçisi “Vulverhempton”dan Mett Dohertini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

“Tottenhem” irland futbolçu üçün “Vulverhempton”a 16,5 milyon avro ödəyib.

İrlandiya yığmasının da üzvü olan Doherti, “Vulverhempton”dan başqa “Hibernian” və “Beri”də də forma geyinib.