• Fanat
  • 17 Sentyabr 23:21

“Neftçi” avrokuboklarda mübarizəni dayandırdı

Azərbaycanın ən titullu klubu Avropa Liqasının II təsnifat mərhələsində dayanıb

Azərbaycanın daha bir klubu avrokuboklarda mübarizəni dayandırıb.

AzNews.az xəbər verir ki, “Sumqayıt” və “Keşlə”nin ardınca “Neftçi”nin də qitə səhnəsində çıxışı başa çatıb.

Azərbaycanın ən titullu klubu Avropa Liqasının II təsnifat mərhələsində dayanıb. Öncəki raundda Şimali Makedoniyanın “Şkupi” klubunu 2:1 hesabı ilə məğlub edən Füzuli Məmmədovun baş məşqçisi olduğu komanda bu gün Türkiyə təmsilçisi “Qalatasaray”la üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma qonaqların üstünlüyü ilə keçib. Bu üstünlük hesabda da öz əksini tapıb. Düzdür, ilk yarıda qol buraxan “ağ-qaralar” fasilədən sonra hesabda tarazlıq yaradıb. Amma türkiyəlilər bərabərliyin uzun sürməsinə imkan verməyərək qarşılaşmanı öz xeyrinə başa vurub – 3:1.