43 yaşlı keçmiş hücumçu bu barədə "Instagram" hesabından məlumat verib 43 yaşlı keçmiş hücumçu bu barədə "Instagram" hesabından məlumat verib
  • Fanat
  • 24 Oktyabr 2020 20:11
  •  4 210

İtaliya millisinin sabiq futbolçusu qarət edildi

43 yaşlı keçmiş hücumçu bu barədə "Instagram" hesabından məlumat verib

İtaliya millisinin və Almaniya "Bavariya"sının sabiq futbolçusu Luka Toninin ailəsi silahlı soyğuna məruz qalıb.

AzNews.az xəbər verir ki, 43 yaşlı keçmiş hücumçu bu barədə "Instagram" hesabından məlumat verib.

Toni cümə axşamı 3 silahlı şəxsin evi qarət etdiyini bildirib: "Ən əsası odur ki, ailəmdə hər şey qaydasındadır. Bizim üçün böyük qorxu olsa da, zərər görmədik. Cinayətkarların dəyərli əşyaları götürməsi kədərlidir".

Qeyd edək ki, Luka Toni 2006-cı ildə İtaliya yığmasının heyətində dünya çempionu olub.