- Fanat
- 26 Noyabr 2020 11:06
- 3 797
“Qarabağ” “Sivasspor”a qarşı
Qrupun digər oyununda İsrail “Makkabi”si (Təl-Əviv) İspaniya “Vilyarreal”ını qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirəcək.
AzNews.az xəbər verir ki, Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşacaq.
“Qarabağ” məlum səbəblərdən ev oyununu yenə İstanbulda keçirəcək. İlk üç qarşılaşmada uduzan Qurban Qurbanovun yetirmələri 1/16 final şansını qorumaq üçün qalib gəlməlidir. Hətta heç-heçə də təmsilçimizin qrupdan çıxmaq şansını minimuma endirəcək.
Qeyd edək ki, qrupun digər oyununda İsrail “Makkabi”si (Təl-Əviv) İspaniya “Vilyarreal”ını qəbul edəcək.
Avropa Liqası
İ qrupu
26 noyabr
21:55. “Qarabağ” - “Sivasspor”
Baş hakim: Yakob Kehlet (Danimarka).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.
Vilyarreal – 9, Makkabi – 6, Sivasspor – 3, Qarabağ – 0.