Aşağı yaş qruplarında qeydə alınan belə nəticələrə qəzəbimizi göstərmək istəyirik Aşağı yaş qruplarında qeydə alınan belə nəticələrə qəzəbimizi göstərmək istəyirik
  • Fanat
  • 14 Dekabr 2020 21:58
  •  5 660

Futbolda 31:0 hesablı qələbə

Aşağı yaş qruplarında qeydə alınan belə nəticələrə qəzəbimizi göstərmək istəyirik

“Real”ın U-9 komandası “Villavarde” klubunu 31:0 hesabıyla məğlub edib.

AzNews.az xəbər verir ki, “kral klubu” rəqibinə hörmət məqsədiylə oyunun nəticəsini rəsmi saytında qeyd etməyib.

Lakin “Villavarde” klubu sosial şəbəkə hesabında oyunun nəticəsini paylaşaraq, “Real”ı tənqid edib. Paylaşımda bunlar da qeyd olunub:

“Aşağı yaş qruplarında qeydə alınan belə nəticələrə qəzəbimizi göstərmək istəyirik. Böyük klublar aşağı yaş qruplarında belə nəticələrdən çəkinməlidirlər. Bundan başqa, federasiya da liqaların təşkilini yenidən nəzərdən keçirməlidir”.