Bu barədə Klublar Birliyi məlumat yayıb Bu barədə Klublar Birliyi məlumat yayıb
  • Fanat
  • 18 Dekabr 2020 21:25
  •  4 006

Türkiyə klublarından 60 saniyəlik etiraz

Bu barədə Klublar Birliyi məlumat yayıb

Futbol üzrə Türkiyə Super Liqası və 1-ci Liqasında çıxış edən komandalar həftəsonu keçiriləcək oyunlar zamanı hər iki turnirin yayımçı şirkəti olan “Digiturk beIN Media Group”a etiraz edəcəklər.

AzNews.az xəbər verir ki, bu barədə Klublar Birliyi məlumat yayıb.

Oyunçular şirkətin ödənişləri gecikdirməsinə görə matçların start fitindən dərhal sonra 60 saniyə meydanda hərəkətsiz dayanacaq, mübarizə aparmayacaqlar.

Qeyd edək ki, həftəsonu Super Liqada 13-cü, 1-ci Liqada isə 15-ci turun oyunları olacaq.