• Fanat
  • 20 Dekabr 2020 20:25

“Neftçi” liderliyə yüksəldi

“Sabah” – “Neftçi” - 0:2

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçirilib.

AzNews.az xəbər verir ki, "Bank Respublika Arena"da "Sabah" və "Neftçi" komandaları üz-üzə gəlib. "Ağ-qaralar" rəqib meydanında 2 cavabsız qolla üstün olub. Bununla "Neftçi" "Qarabağ"ı geridə qoyaraq turnir cədvəlinin zirvəsinə yerləşib. Paytaxt klubu rəqibindən bir oyun artıq keçirib, 1 xal öndədi.

“Sabah” – “Neftçi” - 0:2

Qollar: Namiq Ələsgərov, 49 (pen.), 65

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev