• Fanat
  • 27 Dekabr 2020 17:54
  •  361

Messi bu tur oynamayacaq

"Barselona" - "Eybar" görüşü dekabrın 29-u keçiriləcək

"Barselona"nın kapitanı Lionel Messi La Liqanın 17-ci turunda "Eybar"la matçda oynamayacaq.

AzNews.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ronald Kuman məlumat verib. O, argentinalı hücumçuya əlavə bir həftə sonu istirahət verdiyini bildirib.

Qeyd edək ki, "Barselona" - "Eybar" görüşü dekabrın 29-u keçiriləcək.