Ronaldo “Yuventus”a 2018-ci ildə məhz “Real”dan keçib Ronaldo “Yuventus”a 2018-ci ildə məhz “Real”dan keçib
  • Fanat
  • 20 Yanvar 2021 16:19
  •  6 009

Ronaldo “Real”ın prezidenti ilə görüşdü

Ronaldo “Yuventus”a 2018-ci ildə məhz “Real”dan keçib

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo sabiq klubu "Real"ın prezidenti Florentino Perezlə görüşüb.

AzNews.az “El Chiringuito TV”yə istinadən xəbər verir ki, görüş Turində, “Yuventus”un bazasında olub. Lakin tərəflərin hansı məsələ ilə bağlı müzakirə apardığı məlum deyil.

Ronaldo “Yuventus”a 2018-ci ildə məhz “Real”dan keçib. 35 yaşlı hücumçunun transfer dəyəri 117 milyon avrodur. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm A seriyasında 14 matça çıxaraq, 15 qol vurub və 2 qolun ötürməsini verib.