Qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik "Tokio-2020"yə vəsiqəni təmin edib Qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik "Tokio-2020"yə vəsiqəni təmin edib
  • Fanat
  • 7 May 2021 14:16
  •  6 496

Üç güləşçimiz debütdə uduzdu

Qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik "Tokio-2020"yə vəsiqəni təmin edib

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.

AzNews.az xəbər verir ki, turnirin ikinci günündə qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Belə ki, bu gün Azərbaycan yığmasının üzvlərindən Türkan Nəsirova, Alyona Kolesnik, Tatyana Omelçenko, Elis Manolova və Gözəl Zutova xalça üzərinə çxacaq.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.

Dünya Təsnifat Turniri
7 may

53 kq
1/8 final: Türkan Nəsirova turnirə uğursuz başlayıb. O, Luisa Melendreslə (Ekvador) bacarmayıb - 1:4.

57 kq
1/8 final: Alyona Kolesnik - Nuraida Anarkulova (Qırğızıstan)

62 kq
1/8 final: Tatyana Omelçenko ilk görüşdə sonuncu xal prinsipinə əsasən almaniyalı Luisa Niemeşə məğlub olub.

68 kq
1/8 final: Elis Manolova - Aqoro Papavasileu (Yunanıstan)

76 kq
Təsnifat: Gözəl Zutovanın debütü uğursuz alınıb. O, Katalina Axente (Rumıniya) ilə görüşü məğlib başa vurub – 2:5.

Bu gün həmçinin sərbəst güləşçilərdən Georgi Edişeraşvili (57 kq) və Abubakr Abakarov (86 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Sərbəst güləş

57 kq
Bürünc medal görüşü: Georgi Edişeraşvili - Taras Markoviç (Ukrayna) / Givi Davidovi (İtaliya)

86 kq
Bürünc medal görüşü: Abubakr Abakarov

Qeyd edək ki, ilk yarış günündə 3 sərbəst güləşçi lisenziya qazana bilməyib. Qadın güləşçilərimizdən isə yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik "Tokio-2020"yə vəsiqəni təmin edib.