O Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisidir O Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisidir
  • Fanat
  • 8 İyul 2021 09:24
  •  9 497

Pedro Martins Bakıya gələcək

O Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisidir

Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Pedro Martins Bakıya gələcək.

AzNews.az "Report"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) klubları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyuracaq.

Bu cütün qalibi II raundda Pirey təmsilçisinin rəqibi olacaq.

Qeyd edək ki, Tbilisidəki ilk görüşdə "Neftçi" 2:1 hesablı qələbə qazanıb. Martins həmin görüşü də tribunadan canlı izləyib. Cavab oyunu iyulun 14-də olacaq.