- Fanat
- 3 Avqust 2021 22:45
- 8 021
Azərbaycan millisi Gürcüstana məğlub olub
Yığma gürcüstanlı həmyaşıdları ilə üz-üzə gəlib
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Aznews.az xəbər verir ki, yığma gürcüstanlı həmyaşıdları ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Azərbaycan yığmasının heyətində 74-cü dəqiqədə Vüsal Əliyev, 90-cı dəqiqədə isə Mahmud Ağayev fərqlənib.