İdmançımız komandasını Fransa çempionu edib İdmançımız komandasını Fransa çempionu edib
  • Fanat
  • 21 Dekabr 2021 18:28
  •  9 888

Azərbaycan güləşçisi erməniyə qalib GƏLDİ

İdmançımız komandasını Fransa çempionu edib

Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.

Aznews.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamızın üzvü İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" həlledici görüşdə "Sarregimenes"lə qarşılaşıb.

Güləşçimiz 2 çəkidə çıxış edib. Həmyerlimiz əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib - 8:0.

Yarışın sonuncu görüşü İslam Abbasovla fransız Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində İslamın komandası 5:6 hesabıyla geridə olub. Məhz Abbasovun 94 kq-da Mişonu 9:0 hesabıyla məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə "Şiltgem" Fransa çempionu olub.

Beləliklə, güləşçimiz Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.