• Fanat
  • 8 May 20:00
  •  2 532

Azərbaycan sablyaçıları Dünya Kubokunda 5-ci yeri tutub

Fransa yığmasına 34:45 hesabı ilə uduzan sablyaçılar 5-6-cı yerlər uğrunda keçirilən görüşlərdə Bolqarıstan komandasını 45:37, Polşanı isə 45:42 hesabı ilə məğlub edərək Dünya Kubokunda 5-ci olub

Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Tunisin Hammamet şəhərində keçirilən Dünya Kubokunda 5-ci yeri tutub.

Aznews.az xəbər verir ki, Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv ilk görüşdə Özbəkistana 45:32 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib.

Növbəti görüşündə İspaniya komandası ilə yığma güclü rəqiblə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşü 45:44 hesablı qələbə ilə başa vurub.

Yarımfinala gedən yolda Fransa yığmasına 34:45 hesabı ilə uduzan sablyaçılar 5-6-cı yerlər uğrunda keçirilən görüşlərdə Bolqarıstan komandasını 45:37, Polşanı isə 45:42 hesabı ilə məğlub edərək Dünya Kubokunda 5-ci olub.