“Bu gün avtomobildə inanılmaz tempimiz var idi” “Bu gün avtomobildə inanılmaz tempimiz var idi”
  • Fanat
  • 12 İyun 2022 17:29
  •  7 653

Azərbaycan Qran-prisinin qalibi: “Xoş gündür”

“Bu gün avtomobildə inanılmaz tempimiz var idi”

Aznews.az xəbər verir ki, bunu “Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi Maks Ferstappen deyib.

“Red Bull”un pilotu Bakı trasındakı qələbəsini şərh edib: “Bolidin balansından çox məmnunam. Komanda olaraq 1-2-ci yerlərdə qərarlaşdığımız üçün, həqiqətən də, xoş gündür”.

Qeyd edək ki, Azərbaycan Qran-prisində Serxio Peres (“Red Bull”) ikinci, Corc Rassell (“Mercedes”) isə üçüncü yeri tutub.