Ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb Ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb
  • Fanat
  • 13 İyun 2022 15:54
  •  7 027

Futbol qaydalarında yeni dəyişikliklər edilib

Ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb

Beynəlxalq Futbol Assosiasiları Şurası (IFAB) komandalara oyun ərzində 5 əvəzetmədən istifadəyə imkan verən qaydaları daimi əsasda təsdiqləyib.

Koronavirus pandemiyası dövründə komandaların kadr çatışmazlığı üzündən tətbiq olunmuş qayda qüvvədə saxlanılıb.

Bu qayda aparıcı milli və beynəlxalq yarışlarda 5 əvəzetmədən istifadəyə imkan verəcək. IFAB bütün futbol ictimaiyyətinə bu düzəlişin daimi əsasda qaydalarda yer almasını tövsiyə edib.

Habelə, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.